
“Qarabağ”ın rəqibinin futbolçusu 30 minə it alıb
“Liverpul”un hücumçusu Aleksander İsak şəxsi təhlükəsizliyini artırmaq üçün 30 min funt sterlinq dəyərində mühafizəçi doberman (alman mənşəli it cinsi) alıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
İsakın bu addımının səbəbi DÇ-2026-nın seçmə mərhələsində İsveç yığması ilə uğursuz çıxışından sonra aldığı hədələyici mesajlar olub. İsveç millisi B qrupunda cəmi 2 xal toplayıb və yalnız Millətlər Liqasındakı reytinqinə görə pley-offa yüksələ bilib.
Son illərdə Böyük Britaniyada məşhurların evlərinə edilən oğurluq və basqınların artması səbəbilə Premyer Liqa futbolçularının mühafizə itlərinə marağı xeyli yüksəlib.
İsveçli forvard cari mövsümdə klub və yığma ilə birlikdə 12 matça çıxıb, 1 qol vurub. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



