
Qərarı “Barselona”nın təklifindən asılı olacaq
“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalını nəzərdən keçirir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunu gələn il Səudiyyə Ərəbistanı klublarının təklif edə biləcəyi yüksək gəlirli müqavilə cəlb edir. Onun hazırkı sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq.
Danimarkalı müdafiəçi gələcəyi ilə bağlı qərar verməzdən əvvəl “Barselona”nın yeni müqavilə təklifini dinləmək niyyətindədir.
Kristensen cari mövsümdə Hans-Diter Flikin rəhbərliyi altında 10 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



