Keyn “Bayern”dən ayrılmayacaq

Harri Keynin “Bayern”dən ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gəlib.

Son aylarda 32 yaşlı hücumçunun gələn il İngiltərəyə qayıda biləcəyi haqqında məlumatlar artmışdı. Hətta iddialara görə, ona maraq göstərən klubların siyahısına “Barselona” da daxil olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Keyn Münhen klubunda özünü tam rahat hiss edir və transfer söz-söhbətlərinə yönəlmək fikrində deyil.

İngiltərəli hücumçu mümkün gedişi barədə düşünməzdən əvvəl “Bayern”lə yeni müqavilə müzakirələri aparacaq. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button