ÇL: “Qarabağ” yeni oyunçu sifariş edib

“Qarabağ” UEFA Çempionlar Liqasında qarşıdakı oyunlar üçün heyətini yeniləyib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi uzun müddət oynaya bilməyəcək braziliyalı oyunçusu Kadinin yerinə ispaniyalı yarımmüdafiəçi Joni Montieli sifariş edib.

Kadi Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə 2:2 hesabı ilə başa çatan matçda zədələnmişdi. Onun 2 aydan çox oynaya bilməyəcəyi dəqiqləşib.

UEFA-nın qaydalarına əsasən, futbolçu 2 aydan çox müddətə sıradan çıxıbsa, onu başqası ilə əvəzləmək mümkündür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button