İspaniya klubu Keyni almağa çalışacaq

“Bayern”in hücumçusu Harri Keyn hələ də “Barselona”nın maraq dairəsindədir.

Kataloniya təmsilçisinin rəhbərliyi mövsümün sonunda komandadan ayrılması ehtimal olunan Robert Levandovskinin əvəzinə elit səviyyəli forvard transfer etməyi düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın transfer planı hələ yekunlaşmayıb, ancaq Xulian Alvaresin (“Atletiko”) yüksək qiymətinə görə bu keçidin real görünməməsi Keyn variantını daha da önə çıxarıb.

Kataloniyalıların transfer strategiyası ən tez yanvarda tam dəqiqləşəcək. Klub daxilində hesab olunur ki, yüksək maaş alan Levandovski ilə yollar ayrılacağı halda, top-səviyyəli hücumçu almaq imkanı yaranacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button