Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, U-15 Bolqarıstan ilə üz-üzə gəlib.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

U-15 turnirdəki ilk matçında Monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu. Komanda növbəti görüşünü noyabrın 23-də meydan sahiblərinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button