
“Almaniya kiçik komanda deyil” – Sabiq futbolçu
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Lotar Matteus 2026-cı il dünya çempionatı üçün ölkəsinin yığmasını favoritlərdən biri hesab edir.
Almaniya millisi son seçmə oyununda Slovakiyanı 6:0 hesabı ilə məğlub edərək, A qrupunda 1-ci yeri tutub və mundiala birbaşa vəsiqə qazanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Matteus Almaniya millisinin ən güclülərlə yarışmaq istədiyini bildirib:
“Rəqiblərimizə hörmətlə yanaşsam da, Almaniya ən güclülərlə yarışmaq istəyir. Bu isə İngiltərə, Portuqaliya və Fransa kimi qrup liderləri deməkdir. Leyptsiqdə göstərdiyimiz oyunu təkrarlaya bilsək, həmin komandalarla eyni səviyyədə olarıq. Bu yay bunu gördük. Millətlər Liqasında Portuqaliya və Fransaya qarşı məğlubiyyətlərdə belə, onlardan zəif deyildik.
Almaniya millisi Slovakiyaya qarşı olduğu kimi, eyni əzmkarlıq, emosiya və komanda oyunu nümayiş etdirərsə, qorxacağı heç nə yoxdur. Özümüzü kiçiltməməliyik. Almaniya kiçik komanda deyil. Mən həmişə deyirdim ki, uğursuz seriyaya baxmayaraq, dünya çempionatının favoritləri sırasındayıq. Keçmişdə də dünya çempionatına seçmə mərhələlərimiz asan olmayıb.
Mundialda komanda hətta daha az təzyiq hiss edə bilər. Gələn il komanda daha da diqqətli və motivasiyalı olacaq, xüsusilə də, bütün dünyanın nəzərlərinin üzərində olacağını biləndə”.
2026-cı il dünya çempionatı Meksika, Kanada və ABŞ-la birlikdə üç ölkədə keçiriləcək.
Bizi Facebook-da izləyin



