
“Yuventus” Vlahoviçlə anlaşa bilmir
“Yuventus” hücumçusu Duşan Vlahoviçlə yeni müqavilə üzrə danışıqlarda irəliləyiş əldə edə bilmir.
25 yaşlı forvardın hazırkı sözləşməsinin müddəti gələn ilin ortasında başa çatacaq və tərəflər yeni şərtlər üzərində razılığa gəlməkdən hələ də uzaqdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, vəziyyət çətin olaraq qalır: Turin klubu Vlahoviçin maliyyə tələblərini qarşılayacaq imkan tapmadığından, kompromisə yaxınlaşmaq mümkün olmayıb.
Məsələ uzandıqca, serb hücumçunun komandadan azad agent kimi ayrılma ehtimalı artır. Çünki 2026-cı ilin əvvəlindən etibarən Vlahoviç digər klublarla sərbəst şəkildə danışıqlara başlaya biləcək.
Vlahoviç cari mövsümdə 15 oyunda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



