Runiyə görə – Premyer Liqanın 3 ən yaxşı oyunçusu

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi cari Premyer Liqa mövsümünün ən yaxşı üç oyunçusunun adını çəkib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu siyahıda “Mançester Siti”də çoxlu qollar vuran Erlinq Halandın adını çəkməməklə çoxunu təəccübləndirib:

“Düşünürəm ki, Antuan Semenyo “Bornmut”da çox yaxşı oynayır. O, ötən mövsümdəki formasını qoruyub saxlayıb.

Həmçinin, çətin başlanğıcına baxmayaraq “Mançester Yunayted”də çox yaxşı çıxış edən Brayan Mbeumonu da qeyd edərdim.

Üçüncüsü, yəqin ki, Viktor Qyokereşi deyərdim. “Arsenal” illərdir hücumçu axtarır və budur. Viktor yaxşı komanda oyunçusudur və artıq bir neçə qol vurub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button