
DÇ-2026: Emin Mahmudov liderlər sırasındadır
Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın başa çatan seçmə mərhələsində bir göstəriciyə görə liderlər sırasındadır.
Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi rəqibin hücumları zamanı topa müdaxilədə ilk “3-lük”də qərarlaşıb.
Mahmudov meydana çıxdığı 6 oyunda 21 dəfə bunu bacarıb. Qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano da topa eyni sayda müdaxilə edib.
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunu 1 xalla turnir cədvəlinin sonuncu – dördüncü pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



