
“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqaviləyə yaxındır
“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx klubu ilə yeni müqavilə imzalamağa bir addım yaxınlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müddəti 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqaviləni razılaşdırmaq üzrədir.
Qravenberx yayda böyük maliyyə təklifinə baxmayaraq, Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina edib və “qırmızılar”da qalmaq qərarına gəlmişdi.
23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



