
Şevçenko: “Futbolçular bütün Ukrayna üçün oynadı”
“Milan”ın və “Çelsi”nin sabiq hücumçusu, hazırda isə Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko ölkəsinin milli komandasının DÇ-2026-nın seçmə mərhələsində pley-offa vəsiqə qazanmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki o, sosial şəbəkədə millini və baş məşqçi Sergey Rebrovu təbrik edib:
“Komandanı və baş məşqçini qələbə münasibətilə təbrik edirəm! Futbolçular bütün Ukrayna üçün oynadı və qələbə naminə bütün güclərini ortaya qoydular. Azarkeşlərə yaradılan inanılmaz atmosfer üçün təşəkkür edirəm”.
Ukrayna millisi qrup mərhələsinin son oyununda İslandiya yığmasını 2:0 hesabı ilə məğlub edib. Rebrovun komandası ümumilikdə 10 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və pley-off mərhələsinə yüksəlib.
Bizi Facebook-da izləyin



