DÇ-2026: Azərbaycan millisi bu gün seçmə mərhələdə son oyununu keçirəcək

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa millisini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button