
Toral Bayramov millinin heyətindən çıxarıldı
“Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.
Buna səbəb futbolçunun zədələnməsi olub.
Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



