DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Bakıda İslandiya yığmasını qəbul edəcək.

8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Oyunu monteneqrolu FİFA referisi Nikola Dabanoviç idarə edəcək.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button