“Qarabağ”ın rəqibinin futbolçusu sıradan çıxıb

“Napoli”nin baş məşqçisi Antonio Konte üçün xoşagəlməz xəbər var.

Komandanın aparıcı yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissa Kamerun millisinin düşərgəsində zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçu adi məşq zamanı zərər görüb.

Diaqnoz olaraq əzələlərin dartılması müəyyən edilib. Bu səbəbdən, Anqissa yaxın vaxtlarda nə klubuna, nə də milli komandaya kömək edə biləcək.

Anqissa 2025/26 mövsümündə A Seriyasında 4 qol vurub və oktyabrda İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Kamerunlu yarımmüdafiəçi 2021-ci ildən “Napoli”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button