
“Barselona”nın zədəliləri nə vaxt dönəcək?
“Barselona”nın zədəli futbolçularının bərpa vaxtları ilə bağlı yeni məlumatlar yayılıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, komandanın qapıçısı Xuan Qarsiya və hücumçusu Rafinya noyabrın 22-də “Atletik”lə La Liqa matçında oynamağa hazır olacaq.
Digər futbolçuların bərpa müddətləri isə belədir:
Lamin Yamal – 8–10 gün; Pedri – dekabrın ortası; Mark-Andre ter Ştegen – yanvar; Qavi – fevral.
“Barselona” hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsindədir və lider “Real”dan 3 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



