
Azərbaycan ağırlıqqaldıranı İslam Həmrəyliyi Oyunlarını iki medalla bitirdi
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub.
Komanda.az xəbər verir ki, idmançı təkanla qaldırmada 211 kq çəkinin öhdəsindən gəlməklə gümüş medal əldə edib.
Bununla da, Dadaşbəyli iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



