
Sabiq futbolçudan “Milan”ın yeni transferi haqda xoş sözlər
“Milan”ın sabiq yarımmüdafiəçisi Massimo Ambrozini “qırmızı-qaralar”ın fransalı futbolçusu Adrien Rabyonun oyununu yüksək qiymətləndirir.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, məhz Rabyonun “Milan”a gəlişinin komandanın oyun effektivliyini kəskin artırdığını fikirləşir:
“Onun beynəlxalq təcrübəsi, oyunu “oxuma” və proqnozlaşdırma bacarığı məni təsirləndirir. Rabyo orta sahəni qorumaqda elə bacarığa malikdir ki, bu, İtaliyada çox az oyunçuya xasdır”.
Rabyo əvvəllər “Yuventus”da çıxış edib. O, hazırda sabiq baş məşqçisi Massimiliano Alleqrinin rəhbərliyi altında “Milan”da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



