
“Mançester Siti” heç vaxt “Mançester Yunayted”dən daha vacib olmayacaq”
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Mançester Siti”nin İngiltərə futbolundakı statusu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Mançester Siti” heç vaxt “Mançester Yunayted”dən daha vacib olmayacaq. “Liverpul” – “Mançester Siti” matçı isə heç vaxt “Liverpul” – “Mançester Yunayted” oyunundan daha əhəmiyyətli olmayacaq. Tarixən “Liverpul” və “Mançester Yunayted” İngiltərənin ən böyük iki klubudur. Düşünmürəm ki, bu dəyişəcək”.
“Mançester Siti” İngiltərə Premyer Liqasının 11-ci turunda evdə “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



