Sabiq prezident Messiyə “Barselona”ya dönməməyi məsləhət gördü

“Barselona”nın sabiq prezidenti Xuan Qaspar Lionel Messinin komandaya mümkün qayıdışı barədə danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, o, həm dostcasına tövsiyəsini verib, həm də azarkeş baxımından situasiyanı şərh edib:

“Bilmirəm, “Barselona” onu “İnter Mayami”də aldığı qədər maaşla saxlaya biləcək, ya yox. Mən Leoya qayıtmağı məsləhət görməzdim – bu, dostcasına tövsiyəmdir. Amma azarkeş baxımından baxsaq, bu, əlbəttə maraqlı addım olardı”.

Messi 2005–2021-ci illərdə “Barselona”da çıxış edib. Onun “İnter Mayami” ilə müqaviləsinin müddəti 2028-ci ilin dekabrına qədərdir.

38 yaşlı futbolçunun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button