Runi: “Van Daykın qolu qeydə alınmalı idi”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “Mançester Siti” ilə oyunda “Liverpul”un müdafiəçisi Vircil van Daykın hesaba alınmayan qoluna münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hakimin səhv qərar verdiyini söyləyib:

“Bu qol qeydə alınmalı idi. Robertson qapıçı tullananda onun baxış bucağını bağlamırdı. Canluici Donnarumma bunu aydın gördü. Düşünürəm ki, hakim səhv qərar verib”.

Matç “qırmızılar”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. “Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 18 xalla 5-ci yerdədir, “Mançester Siti” isə 22 xalla 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button