Azərbaycanın daha bir cüdoçusu İslamiadada qızıl medal qazanıb

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.

Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.

Daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button