“Atletiko” da braziliyalı futbolçu uğrunda yarışa qoşulub

“Korintians”ın yarımmüdafiəçisi Breno Bidonun xidmətində Avropanın bir neçə klubu maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə maraqlanan son klub “Atletiko”dur.

Bununla belə, madridlilərin transferi reallaşdırması asan olmayacaq. Bidon uğrunda “Sportinq”, “Napoli” və “Mançester Yunayted” də mübarizəyə qoşulub.

İddialara görə, “Atletiko” braziliyalı futbolçu üçün 18 milyon avro təklif etməyə hazırlaşır.

O, 2025-ci ildə Braziliya çempionatında 28 oyuna çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button