Türk futbolçu İngiltərənin daha bir klubunun transfer hədəfinə çevrilib

İngiltərə Premyer Liqası təmsilçiləri “Yuventus”un hücumçusu Kənan Yıldıza maraq göstərməyə davam edir.

20 yaşlı futbolçu hələ də Turin təmsilçisi ilə yeni müqavilə imzalamayıb, baxmayaraq ki, danışıqlar uzun müddətdir davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçunu transfer etmək istəyən klublardan biri “Tottenhem”dir.

Yıldızın transfer qiymətinin təxminən 75 milyon avro olduğu bildirilir. Bununla yanaşı, “Arsenal”, “Çelsi” və “Liverpul” da onun çıxışını yaxından izləyir. O, cari mövsümdə “Yuventus”un heyətində 13 oyuna çıxaraq, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button