
Arda Gülər “Real”ın ən yaxşısı seçildi
“Real”ın hücumameyilli yarımmüdafiəçisi Arda Gülər komandada oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi ötən ay bütün yarışlarda dörd oyun keçirib və bir məhsuldar ötürmə edib. Ümumilikdə türk futbolçu 15 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Real” 11 turdan sonra 30 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Onlar ikinci pillədə qərarlaşan “Barselona”nı 5 xal qabaqlayırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



