
“Sabah”ın sabiq baş məşqçisi Rusiyada oktyabrın ən yaxşısı seçildi
“Krasnodar”ın çalışdırıcısı Murad Musayev Rusiya Premyer Liqasında oktyabrın ən yaxşı baş məşqçisi adını qazanıb.
Komanda.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Qərar yekdil qəbul edilməsə də, ekspertlərin seçimi həlledici olub. Azarkeşlər mükafatın daha çox ÇSKA-nın baş məşqçisi Fabio Çelestinidə, televiziya ekspertləri isə “Lokomotiv”in çalışdırıcısı Mixail Qalaktionovda olmalı olduğunu düşünürdülər.
Buna baxmayaraq, ekspert komissiyası Musayevin adını önə çəkib. Onun rəhbərliyi altında “Krasnodar” oktyabrda keçirdiyi 3 oyunun hamısında qələbə qazanaraq, 9 xal toplayıb və turnir cədvəlinin zirvəsinə qayıdıb.
Rusiya çempionatının birinci dövrəsinin son turunda “Krasnodar” səfərdə “Baltika” ilə qarşılaşacaq.
Musayev daha əvvəl Azərbaycanda “Sabah”ı çalışdırıb.
Bizi Facebook-da izləyin



