İddia: Flik “Barselona”dan ayrılmaq istəyir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı iddialar səslənir.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis artıq məşqçi heyətinin üzvlərinə yayda işini dayandırmaq istədiyini bildirib.

Flikin sözlərinə görə, o, gərgin tempdən yorulub və futboldan müəyyən müddətlik uzaqlaşmağı planlaşdırır.

Flik 2024-cü ilin yayında Xavi Hernandesi əvəz edərək “Barselona”nın “sükanı arxasına” keçmişdi. Onun komandası bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda Belçikanın “Brügge” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button