
“Hər həftə sonu Yamalın oyununa baxmaq inanılmaz hissdir”
“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta kataloniyalıların gənc oyunçusu Lamin Yamal barədə fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı sabiq futbolçu, hər həftə sonu Yamalın oyununa baxmağın inanılmaz hiss olduğunu söyləyib:
“Yamalın 18 yaşı var və o, inkişaf etməyə davam edir. Bu oğlan öyrənir, bəzən səhvlər də edir, bu, təbiidir. İnsanlar adətən populyarlığın zirvəsində olanları tənqid etməyi sevirlər. Məncə, hər həftə sonu Yamalın oyununa baxmaq inanılmaz hissdir”.
Yamal cari mövsümdə İspaniya La Liqasında 7 oyunda meydana çıxaraq, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



