
“Barselona”dan Haland üçün Olmo+pul təklifi
“Barselona” “Mançester Siti”nin hücumçusu Erlinq Halandı növbəti yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Kataloniya klubunun rəhbərliyi norveçli forvard üçün Dani Olmonu və əlavə pul vəsaiti təklif etməyə hazırdır.
Halandın bazar dəyəri hazırda 180 milyon avro civarındadır. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdir.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 10 oyuna çıxan 24 yaşlı hücumçu 13 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



