“Qarabağ”ın rəqibinin futbolçusu Runinin cavabını verdi

“Liverpul”un müdafiəçisi Vircil van Dayk sabiq futbolçu Ueyn Runinin son açıqlamasına cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bunu deyib:

“Keçən mövsüm Runini eşitmədim. Açığı, bu, məni narahat etmir. Əlbəttə ki, o, çoxuna ilham verən əfsanəvi oyunçudur, amma düşünürəm ki, onun şərhləri sadəcə tənbəl tənqiddir. Dediyim kimi, ötən mövsüm işlər yaxşı gedəndə Runini heç eşitmədilər də”.

Runi bir neçə gün əvvəl “Liverpul” haqda danışıb və komandanın oyunçuları Van Daykla Məhəmməd Salahın liderlik bacarıqlarından məhrum olduqlarını iddia edib.

”Qırmızılar” bu yaxınlarda Premyer Liqadakı məğlubiyyət seriyasına “Aston Villa” üzərində 2:0 hesablı qələbəylə son qoyublar.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button