“Turan Tovuz” – “Şamaxı” matçında böyük izdiham – FOTO

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı qəbul edir.

Komanda.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, cari mövsümdə doğma meydanda ilk oyununu keçirəcək “Turan Tovuz”un matçına maraq həddən artıq böyükdür.

Belə ki, tribunaların böyük hissəsi dolu olduğu halda, stadionun girişində hələ də izdiham yaşanır. Komandalarını dəstəkləməyə gələn yerli azarkeşlərin axını hələ də davam edir.

“Turan Tovuz” – “Şamaxı” matçı saat 16:00-da start götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button