ÇL: “Hamı Slotun “Real”a qalib gələcəyini gözləyir”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Stiven Cerrard keçmiş komandasının Çempionlar Liqasında “Real”la qarşıdakı oyunu haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Hazırda hamı “Liverpul”un baş məşqçisi Arne Slotun Çempionlar Liqasında “Real”a qalib gələcəyini gözləyir”.

“Qırmızılar”ın Madrid klubu ilə ev oyunu 4 noyabrda baş tutacaq. Komanda son turda evdə “Aston Villa”nı 2:0 hesabıyla məğlub edərək, Premyer Liqadakı məğlubiyyət seriyasına son qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button