Spaletti “Yuventus”un məşq bazasına gedib

İtaliyalı mütəxəssis Luçano Spaletti “Yuventus”un məşq bazasına gedib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 66 yaşlı çalışdırıcı yaxın günlərdə Turin klubu ilə müqavilə imzalayaraq, baş məşqçi vəzifəsinə təyin olunacaq.

Şayiələrə görə, anlaşmanın müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub və müddətin uzadılma imkanı da var.

“Yuventus” rəhbərliyi Spalettinin təyinatı ilə bağlı məlumatlara artıq reaksiya verib, rəsmi açıqlama yaxın günlərdə gözlənilir.

“Yuventus” cari mövsümdə A Seriyasında 9 turdan sonra 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button