
Keyn tələsmir
“Bayern”in hücumçusu Harri Keyn klubla yeni müqavilə imzalama ehtimalı barədə danışıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, İngiltərə millisinin kapitanı danışıqların yaxın vaxtlarda deyil, gələn ilin əvvəlində başlaya biləcəyini deyib:
“Danışıqlar gələn ay deyil, yəqin ki, yeni ildə aparılacaq. Hər şeyi o zaman müzakirə edəcəyik. Hazırda vəziyyətimiz yaxşıdır, özümü burada çox rahat hiss edirəm. Heç bir tələskənlik yoxdur”.
33 yaşlı forvard 2023-cü ildə “Bayern”ə transfer olunub və komandada əla formada çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə keçirdiyi 12 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə verib.
Keynin Münhen təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



