
“Qarabağ”la qarşılaşmada bir az əziyyət çəkdik” – “Atletik”in futbolçusu
“Atletik”in futbolçusu Robert Navarro UEFA-nın saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb:
“Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, çox əla mübarizə aparan komandadır. Daha əvvəl “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Biz bu qarşılaşmada bir az əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik”.
Oyun Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


