
UEFA Gənclər Liqası: “Qarabağ” 3-cü oyunda da uduzdu
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda da məğlub olub.
Komanda.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda 3-cü turda “Atletik”in qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada “Benfika”ya 1:7, Bakıda Danimarkanın “Kopenhagen” komandasına 0:5 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



