
“Mançester Yunayted” fransalı futbolçunu “qaralayıb”
“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək variantlarını araşdırmağa davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub “Roma”nın yarımmüdafiəçisi Manu Kone ilə bağlı araşdırmalara başlayıb. “Qırmızı şeytanlar” daha əvvəl fransalı futbolçunu Premyer Liqa üçün uyğun hesab etməyib, lakin sürətlə inkişaf etməsi onu gələn yay İngiltərə klubları üçün potensial transfer hədəfinə çevirib.
24 yaşlı futbolçu 11 dəfə Fransa millisinə çağırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



