
“Heç vaxt düşünməzdim ki, Konte kimi bir adamın komandası belə görünə bilər”
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello “Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Napoli”nin PSV-yə 2:6 hesablı məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, Neapol klubunun ruhsuz oynadığını söyləyib:
“Napoli” bu oyunda ruhsuz oynadı. Heç vaxt düşünməzdim ki, Antonio Konte kimi qətiyyətli və nüfuzlu bir adamın çalışdırdığı komanda belə görünə bilər”.
“Napoli” Çempionlar Liqasında üç oyundan sonra turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Komanda şənbə günü A Seriyasında “İnter”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



