
Mourinyo: “Nəticə ədalətsiz deyil, son dərəcə ədalətsiz idi”
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 3-cü turunda “Nyukasl”a 0:3 hesablı məğlubiyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ikinci qoldan sonra komandanın düşüş yaşadığını söyləyib:
“İlk hissədə qol vurmadıq. Birinci hissə bərabər keçdi, amma rəqibimizdən daha çox şansımız oldu. Dörd qol imkanımız oldu, bu qədər çox epizod yaratmaq və qol vurmamaq çətindir.
Birinci hissədən sonra deyərdim ki, nəticə sadəcə ədalətsiz deyil, son dərəcə ədalətsiz idi, çünki qalib gəlməli və ya heç olmasa, heç-heçə etməliydik. İkinci hissənin başlanğıcı oxşar alınsa da, ikinci qol oyunun gedişatını tamamilə dəyişdi. Belə qollar buraxmaq olmaz.
İkinci qoldan sonra komandanın ruhu sarsıldı və artıq bildiyimiz böyük boşluq özünü büruzə verdi. Onların ikisi meydanda, ikisi ehtiyat oyunçular skamyasında olmaqla dörd çox sürətli cinah oyunçusu var idi. Mən çox yaxşı bilirdim ki, son 30 dəqiqədə onların “mühərrik”ləri bizimkindən daha güclü olacaq. Bu müddət ərzində hesabda qabaqda olsaydıq və ya heç olmasa, bərabərləşdirsəydik, bu çatışmazlıqları, temp və sürət fərqini aradan qaldıra və bir qədər gizlədə bilərdik.
0:2 hesabı ilə geridəykən komanda oynamaq istəyirdi, lakin sonra fiziki və əqli cəhətdən dağıldı və işlər çətinləşməyə başladı. Bizi həqiqətən də son 15-20 dəqiqə geri saldı”.
Bizi Facebook-da izləyin



