
Valverde: “Məqsədimiz “Qarabağ”ı məğlub etməkdir”
“Qarabağ” çox yaxşı komandadır”.
Komanda.az xəbər verir ki, bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü turunun oyunundan əvvəl fikirlərini bölüşüb:
“Qarabağ” İspaniyaya 6 xalla gəlir. Bu da rəqibin yaxşı səviyyədə olmasından xəbər verir. Təbii ki, bizim də məqsədimiz onları məğlub etməkdir. Bütün oyunlara əsas kimi baxırıq. Sabit komandayıq və düşüncəmiz qarşılaşmanı qalib bitirməkdir. Bizi çətin matç gözləyir, “Qarabağ” çox yaxşı komandadır”.
“Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



