“Çox böyük bir döyüş keçirdik və bütün ölkəni xoşbəxt etdik” – Nazarov
Almaniyanın “Ersgebirge” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Dmitri Nazarov açıqlama verib.
Komanda.az “tag24.de” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Xovatiya ilə qollu bərabərə qaldığı oyun (1:1) barədə də fikirlərini bildirib:
“Çox böyük bir döyüş keçirdik və bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə Aueyə də gətirdim. Uels və Xorvatiya ilə oyunlarda demək olar ki, sona qədər oynadım. Beləcə, vacib oyun vaxtı əldə etdim”.
Nazarov “Ersgebirge”nin həftəsonu 2-ci Bundesliqanın 6-cı turu çərçivəsində “Osnabruk”la qarşılaşacağı oyunda da meydanda olmaq istədiyini deyib:
“Bazar günü oynamaq istəyirəm. Özümü burda rahat hiss edirəm. Mənə oyun vaxtı çox istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı çıxış etmişəm. Fikrimcə, Şuster mənim oyun keyfiyyətlərimdən xəbərdardır”.
Sentyabrın 15-də keçiriləcək “Ersgebirge” – “Osnabruk” matçı saat 15:30-da start götürəcək.
Bizi Facebook-da izləyin