
“Qarabağ”ın İspaniyaya səfəri erməniləri hərəkətə keçirdi – FOTO
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü turunda səfərdə İspaniya təmsilçisi “Atletik”lə qarşılaşacaq.
Komanda.az-ın oyunu işıqlandırmaq üçün İspaniyada olan əməkdaşı xəbər verir ki, matçdan əvvəl erməni diasporu Bilbao şəhərində belə demək mümkünsə, “Qarabağ”a qarşı hərəkat başladıb. Onlar şəhərin küçələrində Qarabağla bağlı yazılar olan kağız parçalarını müxtəlif yerlərə yapışdırıblar.
“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək və saat 20:45-də başlayacaq.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



