
Flik: “El klasiko”da komandayla ola bilməyəcəyim mənə pis edir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 9-cu turunda, “Jirona” ilə oyunun (2:1) sonunda hakimin qərarlarını bəyənmədiyi üçün qovulmasını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman məşqçi, “Real”la matçda komandasının yanında ola bilməyəcəyi üçün məyus olduğunu bildirib:
“Onu alqışladım. Hakimlə danışmağa çalışdım, amma o, mənimlə danışmaq istəmədi. O, qərarını verdi və mən də bunu qəbul etdim. Bunu deyə bilərəm… “El klasiko”da komandayla ola bilməyəcəyim mənə pis edir”.
Almaniyalı mütəxəssis oktyabrın 26-da, La Liqanın 10-cu turunun “Real”la oyununu buraxacaq. “Real” – “Barselona” matçı “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



