
Azarkeşlər keçmiş futbolçuya qarşı “üsyan” başladıb
37 yaşlı sabiq müdafiəçi Jerom Boatenq keçmiş klubu “Bayern”ə təcrübə keçmək üçün getmək niyyətindədir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ancaq Münhen klubunun azarkeşləri buna etiraz olaraq, “qadınlara qarşı zorakılığa “yox” deyək, Boatenq “Bayern”ə qayıtmamalıdır” adlı petisiya hazırlayıblar. Petisiyanı dünən 2200-dən çox insan imzalayıb.
Boatenqin təcrübəsi bir həftə davam edəcək və bu müddət ərzində o, dörd məşqi izləyə biləcək.
Boatenq əvvəllər keçmiş sevgilisi Kasia Lenhardtın intiharına səbəb olmaqda ittiham olunub. Həmçinin, o, iki qız övladı olan keçmiş sevgilisi Şerin Zenlerə qarşı fiziki zorakılıqda ittiham edilib. Münhen Regional Məhkəməsi Zenlerə qarşı zorakılıq işi üzrə qərar çıxarıb və Boatenq 200 min avro məbləğində cəza alıb.
Bizi Facebook-da izləyin



