“Çelsi”nin sabiq kapitanı: “Abramoviçlə bağlı baş verənlər iyrəncdir”

“Çelsi”nin sabiq kapitanı Con Terri Britaniya hökumətinin Roman Abramoviçi klubu satmağa məcbur etməsini ədalətsiz və yanlış qərar adlandırıb.

Komanda.az “The Obi One”-a istinadən xəbər verir ki, o, açıqlamasında, rusiyalı iş adamının təkcə klubun uğurlarına deyil, həm də Londonun sosial həyatına böyük töhfə verdiyini bildirib:

“Onunla bağlı baş verənlər iyrəncdir. Abramoviç pandemiya dövründə və Milli Səhiyyə Xidməti üçün inanılmaz işlər görmüşdü. “Stemford Bric”i tibb bacılarına açdı, insanlara çətin zamanda sığınacaq verdi”.

Terrinin sözlərinə görə, Abramoviç “Çelsi”ni hər səviyyədə qalib gələn bir kluba çevirmişdi.

Britaniya hökuməti 2022-ci ildə iş adamına qarşı sanksiyalar tətbiq edərək, onu klubu satmağa məcbur etmişdi.

“Çelsi” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button