Azərbaycan yığması FİFA reytinqində bir pillə irəlilədi

Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1142.25 xalla 123-cü pillədə qərarlaşıb.

Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü idi.

Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.

Azərbaycan millisinin irəliliməsi 124-cü olan Toqo seçməsinin dörd sıra geriləməsi sayəsində mümkün olub.

FİFA reytinqinin ilk pilləsində İspaniya (1880.76 xal) yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button