Dəqiqləşdi: “Çelsi”nin aparıcı futbolçusu “Qarabağ”la matçı buraxacaq

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer aşağı qarın nahiyəsində aldığı zədə səbəbindən ay yarım komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Enzo Mareska məlumat verib:

“Palmerin noyabrda qayıdacağı barədə yanılmışdım. Təəssüf ki, ona hələ altı həftə lazımdır. Əməliyyat olmayacaq, sadəcə onu maksimum qorumağa çalışırıq. Tibb komandası sehrbaz deyil. Ümid edirik ki, altı həftə kifayət edəcək”.

23 yaşlı futbolçu cari mövsümdə 4 oyunda meydana çıxıb və 2 qol vurub.

“Çelsi” növbəti matçını oktyabrın 18-də “Nottingem Forest”ə qarşı keçirəcək. Komanda UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir və tərəflər noyabrın 5-də Bakıda üz-üzə gələcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button