“Neftçi” Abubakarın transferindən vaz keçib? – Açıqlama

“Portu” və “Beşiktaş” kimi klublarda çıxış etmiş Kamerun millisinin hücumçusu Vensan Abubakarın adı bir müddət əvvəl “Neftçi” ilə yanaşı hallanırdı.

33 yaşlı forvardın transferinin nə yerdə qaldığı ilə bağlı “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a verdiyi açıqlama belə oldu:

“Transfer məsələləri hər zaman diqqətimizdədir. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.

“Neftçi”, ümumiyyətlə, hücumçu transferini qışa saxlayıb” sualına da onun cavabı eyni oldu.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button