“Uşaqlıqdan “Barselona”da oynamağı arzulamışam”

Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq “Barselona” ilə müqaviləsinin müddətini uzatdıqdan sonra klubla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, “Marca”-ya açıqlamasında kataloniyalılara olan sevgisini vurğulayıb:

“Uşaqlıqdan “Barselona”da oynamağı arzulamışam. İndi isə bu arzunu yaşayıram. Klubda uzun illər qalmaq və yeni titullar qazanmaq üçün səbirsizlənirəm”.

De Yonq bu yaxınlarda “Barselona” ilə müqaviləsinin müddətini 2029-cu ilin yayına qədər uzadıb. O, cari mövsümdə La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

“Barselona” növbəti oyununu oktyabrın 18-də, evdə “Jirona”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button